-
- 20-02-2022, 12:29
- 528
Soydaşlarımız Ukraynadan geri çağırılacaq? - Səfirdən açıqlama
“Diplomatik heyətin Ukraynadan çıxarılması ilə bağlı Azərbaycandan təlimat gəlməyib”.
News24.az xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Modern.az-a açıqlamasında soydaşlarımızın Ukraynadan geri çağırılıb-çağırılmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
“Biz tam heyətlə iş başındayıq. Cərəyan edən hadisələr tərəfimizdən anbaan izlənilir və Mərkəzə məlumatlar ötürülür. Ukraynadakı 120-dən çox diplomatik nümayəndəlikdən az sayda ölkənin diplomatları ölkəni tərk edib və ya müvəqqəti olaraq Ukraynanın qərb hissəsinə köçürülüb. Böyük hissə, həmçinin Rusiya səfirliyi adi qaydada öz işini davam edir. Hələlik həyəcana ehtiyac duyulmur.
Bizə müraciət edən vətəndaşlarımıza deyirik ki, hava və digər nəqliyyat üçün yollar açıqdır, narahatlıq hissi keçirirlərsə, könüllü olaraq adi qaydada ölkədən çıxa bilərlər.
Həmçinin Türkiyə səfirliyindən aldığımız məlumata əsasən qeyd etmək istərdik ki, insanların narahatlığı nəzərə alınaraq, “Türk Hava Yolları” aviaşirkəti Xarkov şəhərindən İstanbula əlavə iki aviareys açıb”, - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, son məlumatlara görə, 40-a yaxın dövlət Ukraynanı təhlükəli ölkə hesab edərək, vətəndaşlarını dərhal buradan çıxmağa çağırıb.