Nazirlikdən küləkli hava şəraiti ilə bağlı Xəbərdarlıq
    • 20-02-2022, 12:36
    • 482

Nazirlikdən küləkli hava şəraiti ilə bağlı Xəbərdarlıq

Küləkli hava şəraitinin nə qədər davam edəcəyi açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında fevralın 21-i gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 21-i gündüzdən 22-si səhərədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.