Noxud oğruları saxlanıldı - FOTO
    • 23-02-2022, 10:40
    • 345

Noxud oğruları saxlanıldı - FOTO

Cəlilabadda işlədiyi təsərrüfatın anbarından 7000 manat dəyərində noxud oğurlayan rayon sakini saxlanılıb. Həmin şəxsin oğurluğu qohumları ilə birlikdə etdiyi müəyyən edilib. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Cəlilabad rayonu sakini olan bir nəfər polisə  müraciət edərək ona məxsus anbardan 1700 kiloqram noxudun oğurlanması barədə məlumat verib. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin təsərrüfatda işləyən Seymur Qurbanov və qohumları Elşən Məmmədov və Şahmar Şahmarov müəyyən edilərək saxlanılıblar. Ayrı-ayrı vaxtlarda gecə saatlarında həmin anbardan oğurladıqları noxudu S.Qurbanovun idarə etdiyi traktorla daşıyaraq satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.