-
- 17-07-2018, 16:15
- 1 158
Qədim Şəkinin təzə dərdi – Şəhər rəhbərliyi hara baxır? – VİDEO
News24.az redaksiyasına şikayət daxil olub.
Şəkidə şəhərin insanların ən çox yerləşdiyi küçələrdən birində su arxlarını zibilliyə çeviriblər. Həmin küçədə yerləşən mağaza sahibləri şikayətlərini bildirirlər. Dediklərinə görə, ərazidə üfunət iyindən dayanmaq qeyri-mümkündür, antisantariya baş alıb gedir. Söhbət Sabit Rəhman küçəsindən gedir. Həmin ərazidə təzə bazar yerləşdiyi üçün maşurutlar, kənd avtobusları, taksilər, avtomobillər də burda toplaşır. Həmin mağazaların önündə arxların zibillə dolub-daşması, bura gələn müştəriləri bu ərazidən yayındırır.
Şikayətçi Elmira Abdurrəhmanova dərdini belə dilə gətirdi: “Təzə bazar ərazisində üfunət iyindən dayana bilmirik. Müştərilər də gəlirlər, qoxudan dayana bilməyib qaçırlar. Biz məcbur dözüb dayanırıq. Dəfələrlə ərazini özümüz təmizləmişik , amma nə olsun, yenə xeyri yoxdur. Bazar ərazisində ət kəsib satanlar var, onlar da malın içalatını bu arxlara tökürlər. Narazılıq edirik, deyirik, xeyri yoxdur. Əslində zibil maşınları vaxtı-vaxtında gəlir. Amma, bu ərazidə yaşayan insanlar və bazar camaatı zibilləri arxlara tökür. Buna bir əncam çəkən yoxdur. Bir-iki dəfə bura zibil atanları cərimələsələr və yaxud həmin əraziyə zibil atan cərmələnəcək deyə bir kağız parçası yapışdırılarsa, bəlkə onda bu xoşagəlməz əməldən daşınarlar. Bu sağlamlığımız üçün zərəlidir”-deyə şikayətçi tərəf bildirib.
“Aidiyyatı qurumlara bununla bağlı xəbərdarlıq etmisinizmi?” sualına E. Abdurəhmanova belə cavab verdi:
“Mənə deyirlər sahə müvəkkilinə get, ora get, bura get. Mən niyə harasa getməliyəm ki!? Bu onların işidir. Bura bazar ərazisidir. Gündəlik insanların çox istifadə etdiyi yerdir. Və burda ərzaq məhsulları satılır. Bura daim nəzarət altında olmalıdır. Özləri bu qoxunu hiss etmirlər? Hiss etməyiblərsə gəlsinlər, 10 addımlıqdan biləcəklər biz burda nə çəkirik deyə” . E. Abdurrəhmanova onu da əlavə etdi ki, dünən rayona yağan leysan yağışları nəticəsində həmin arxlar daşıb və orda olan bütün zibil mağazaların önünə daşıb.
Şikayətin birbaşa ekoloji pozuntu olmasını nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin əməkdaşı, şöbə müdiri Əlikram Qasımov problemin nədən ibarət olduğunu dinlədikdən sonra araşdırma aparılacağını və əraziyə müfəttiş göndəriləcəyini bildirdi.
Məsələylə bağlı Şəki şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Şəki Şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsində yerləşən (994 24) 244-33-23 nömrəsinə zəng etdik, telefonu götürən şəxs özünü təqdim etmək istəmədi, üstəlik çox kobud cavab verdi.
O şikayəti dinləmək əvəzinə bizə jurnalistikanı öyrətməyə başladı. Belə ki, biz jurnalist etiketinə uyğun olaraq bizimlə danışan şəxsə səsini diktafona yazacağımız dedik, o başladı təhqirə keçməyə.
Şəki Şəhər İcra Hakimiyyətində oturan səlahiyyətli şəxslərin nəzərinə çatdırırıq ki, biz öz peşəmizi gözəl bilirik. Jurnalistin informasiya almaq hüququ var. Sizin də vəzifəniz gələn zənglərə nəzakətlə və düzgün cavab verməkdən ibarətdir. Çünki, vəzifə kreslosu dövlət məmurunun şəxsi malı deyil, biz də ora şəxsi istəyimiz üçün zəng etməmişdik.
Sizi orda xalqın dərdinə əlac etmək üçün otuzdurublar.
Nəzərə çatdıraq ki, biz news24.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq. Məsələni diqqətdə saxlayacağıq.
Elvin Nüsrətoğlu