Şirvan şəhər sakininin evində 1,5 kq narkotik vasitə AŞKARLANDI
    • 27-02-2022, 10:30
    • 1 900

Şirvan şəhər sakininin evində 1,5 kq narkotik vasitə AŞKARLANDI

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Namik Zeynalov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 30 qramdan artıq narkotik maddə olan tiryək, yaşadığı ünvandan isə təmiz çəkisi 1 kiloqram 200 qram olan tiryək və 205 qram psixotrop maddə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.