Dövlət hesabına xaricdə təhsil alıb ölkəyə qayıtmayanlar pulu geri qaytarmalıdır - Nazir
    • 1-03-2022, 15:18
    • 1 641

Dövlət hesabına xaricdə təhsil alıb ölkəyə qayıtmayanlar pulu geri qaytarmalıdır - Nazir

"Dövlət hesabına xaricdə təhsil alıb, amma ölkəyə qayıtmayan şəxs həmin pulu geri qaytarmalıdır".

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, proqrama daxil ediləcək universitetlər arasında təhsil keyfiyyəti nəzərə alınacaq: "Ola bilər ki, hansısa universitet illər əvvəl Nobel mükafatına layiq görülüb deyə ilk ən yaxşı 500 universitet arasında yer alır. Amma yeni yaranan, spesifik sahə üzrə ixtisaslaşmış universitet o siyahıda yoxdur. Bu baxımdan bizim üçün reytinq yox,  tədrisin keyfiyyəti ön planda olacaq".