Xaricdə təhsil proqramı üzrə yaş meyarı bu tarixdə açıqlanacaq
    • 1-03-2022, 15:11
    • 1 537

Xaricdə təhsil proqramı üzrə yaş meyarı bu tarixdə açıqlanacaq

"Xaricdə təhsil proqramı üzrə yaş meyarı yaxın zamanda ictimaiyyətə açıqlanacaq".

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib:

"Ötən proqramda yaş meyarı 35 yaşa qədər təyin olunmuşdu. Hesab edirəm ki, bu proqramda da 30-35 yaş arasında təyin olunacaq".