Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanıldı
    • 3-03-2022, 10:01
    • 616

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 82 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.