Ötən sutka mənzillərdən 2 nəfərin meyiti tapıldı
    • 4-03-2022, 11:56
    • 740

Ötən sutka mənzillərdən 2 nəfərin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

News24.az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib. Həmçinin Bakı şəhərinin Yasamal rayonunda 1947-ci il təvəllüdlü Qurbanova Solmaz Osman qızının və Şirvan şəhərində 1965-ci il təvəllüdlü Qarayev Zöhrab Mətləb oğlunun meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.