Burda axtardığınız hər şeyi tapa bilərsiniz - Bakının
    • 5-03-2022, 16:32
    • 1 572

Burda axtardığınız hər şeyi tapa bilərsiniz - Bakının "Bit bazarı" - Fotoreportaj

Deyirlər ki, bu bazarda axtardığını mütləq tapacaqsan. Çünki bura "bit bazarı"dır. Yəni xırda məişət əşyasından avtomobil ehtiyatınadək nə istəsən, əldə edə bilərsən. Satılanlar yeni, necə deyərlər, "yağ içində" olmasa da, kimlərinsə işinə və qiymət sarıdan cibinə yarayır. O üzdən Sabunçuda yerləşən bu bazarda iynə atsan yerə düşmür. Həftəsonları fəaliyyət göstərən bazarın satıcıları səhər 7-dən yerlərini tutub müştəri gözləyirlər. 

“Bit bazarı”nda işə yarayan əşyalarla bərabər gördüyünüz zaman “bunu kim alacaq?” deyə öz-özünüzə sula verəcəyiniz əşyalarla da qarılaşacaqsınız. Elə mənin kimi... 

Tutacağı olmayan qazan qapaqları, taykeş ayaqqabılar, kirli geyimlər və s. 

Çəkiliş zamanı satıcıların sadəcə bir neçəsi fotolarının çəkilməsinə etiraz etmədi. Digərləri isə “qohumlar görməsin”, “elə çəkin ki, kadrda görünməyim”, “utanıram”, “burada olduğumu heç kim bilmir” kimi sözlərlə etirazlarını bildirirdilər. 

Gündəlik gəlirə gəldikdə isə kişi satılardan biri “elə gün olur ki, 50 qəpik qazancım olur. O da 3 ədəd siqaretə ancaq bəs edir” dedi.

Digər oyuncaq satan xanım satıcı isə gün ərzində bəzən heç nə sata bilmədiyini, bəzən isə evə 10-15 manat pul apara bildiyini dedi. 

Bu bazarda həmçinin heyvanlar da satılır. 

News24.az “Bit bazarı”ndan olan görüntüləri təqdim edir:
Fotolar: Teymur Məmmədov