Azərbaycanlı iş adamlarına məxsus bazara bomba qoyuldu
    • 18-06-2021, 12:28
    • 355

Azərbaycanlı iş adamlarına məxsus bazara bomba qoyuldu

Moskvada yerləşən "Sadovod bazarı"na partlayıcı yerləşdirilməsi ilə bağlı mühafizə orqanlarına edilən anonim zəngdən sonra yoxlanışlar aparılır. 

News24.az RİA-ya istinadən xəbər verir ki, ərazidən hələ insanlar təxliyə edilmir. 

Qeyd edək ki, “Sadovod” bazarı yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur. 40 hektar ərazisi olan bazarda 8 min mağaza var.

Hər il bazarı on milyonlarla alıcı ziyarət edir.