-
- 9-03-2022, 16:21
- 3 071
Bakıda biabırçı olay - Küçədə gedən qadınları maşına mindirmək istədi, düşüb vəhşicəsinə döydü
Bakıda küçədə tanımadığı qadınlara əxlaqsız təkliflər edən, qadınları maşına mindirməyə çalışarkən dava-dalaş salıb 3 qadını döyən Oğuz rayon Tərkeş kənd sakini, paytaxtda avtomobil ustası kimi çalışan 1991-ci il təvəllüdlü Orxan Mürsəlov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində ailəli, 2 uşaq atası olan Orxan barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydaları kobudcasına pozmaqla) maddəsi ilə açılmş iin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.
Bəlli olub ki, avomobil ustası olan Orxan Mürsəlov Ramil və Vüsal adlı dostları ilə başqa bir dostuna məxsus “Porsche” markalı avtomobillə ötən il fevralın 7-də axşam saat 22 radələrində Nəsimi rayonu ərazisində - “Yeganə” şadlıq sarayının yaxınlığından keçərkən yolun kənarı ilə piyada hərəkət edən 3 qadını görüb. Ön sərnişin oturacağında oturan Orxan qadınları görən kimi pəncərəni açıb və onları maşında oturmağa dəvət edib. Qadınların ona məhəl qoymadığını görən Orxan arxadakı dostunu göstərərək, “əgər yer azdısa qucağında oturarsan”, deyib və dostlar gülüşməyə başlayıb. Əxlaqsız təklifdən qıcıqlanan qadınlardan biri Orxana sərt şəkildə etiraz edib. Bundan əsəbiləşən Orxan Mürsəlov avtomobildən düşərək həmin qadına şillə və təpiklə zərbələr endirib. Digər 2 qadın da müdaxilə etməyə çalışsa da, Orxan onları da vuraraq yerə yıxıb, yüksək səslə söyüşlər söyərək qadınları təhqir edib, onlara müxtəlif xəsarətlər yetirib.
Hadisə zamanı ətrafa xeyli insan toplaşıb, yolda böyük tıxac yaranıb. Döyülən qadınlardan biri mobil telefonu ilə çəkiliş edib polisə təqdim etmək istəsə də, Orxan vuraraq telefonu sındırıb. Təxminən 15 dəqiqə davam edən insidentdən sonra Orxan sükan arxasına keçərək dostu Ramillə birgə avtomobillə uzaqlaşıb. Onun Vüsal adlı dostu isə orada qalaraq üzrxahlıq edib və Orxandan şikayət etməmələrini xahiş edib. Lakin döyülən qadınlar 102-yə zəng edərək şikayətlərini bildiriblər.
Məhkəmədə ifadə verən Ddöyülən qadınlardan Ş.S həmin gün Xutor yaxınlığındakı qohumunun evinə getdiyini və bacısı ilə rəfiqəsinin də onunla birgə olduğunu bildirib. O, qeyd edib ki, qohumugilə gedərkən avtomobilini avtoyuma məntəqəsinə verib və geri qayıdarkən 500 metr məsafəni piyada hərəkət etməli olublar. Orxan da onları həmin vaxt görərək xuliqanlıq edib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan qadınlar artıq Orxanla barışdıqlarını, onu bağışladıqlarını bildiriblər.
Nəsimi rayon Məhkəməsinin 23 fevral tarixli hökmü ilə təqsirləndirilən şəxs qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunub.