-
- 9-03-2022, 17:32
- 1 456
Gənclər və idman naziri Tovuzda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Fərid Qayıbov martın 11-də Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qəbul prosesi saat 17:00-dan Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində başlayacaq.
Qəbula gəlmək istəyənlər martın 10-dək müvafiq rayonların Gənclər və İdman idarələri, eləcə də Gənclər və İdman Nazirliyi ilə əlaqə saxlamalıdırlar.
COVID-19 infeksiyası ilə əlaqədar tətbiq edilən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər qatıla bilərlər.