-
- 10-03-2022, 15:37
- 1 787
"Bir görüşdən möcüzələr gözlənilməməlidir”- Çavuşoğlu
"Müzakirə asan olmadı. Döyüşlər isə davam edir. Təbii ki, təkcə bir görüşdən möcüzələr gözlənilməməlidir”.
News24.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov və ukraynalı həmkarı Dmitro Kuleba ilə keçirilən üçtərəfli görüşü dəyərləndirərkən bildirib.
M.Çavuşoğlu qeyd edib ki, bu, başlanğıcdır: "Bu görüşdə liderlərin görüşü məsələsi gündəliyə gəldi. Ukrayna Prezidenti Volodimir Zelenskinin belə bir görüşə hazır olduğu, Rusiya Prezidenti Vladimir Putinin də görüşə etiraz etmədiyi məlum oldu. Toplantının harada keçiriləcəyi əsas deyil".
“Bütün çətinliklərə rəğmən, mədəni formada tərəflər öz mövqelərini ifadə etdi. Tərəflər bir-birilərinin fikrinə hörmət etdi. Hər iki tərəf istəsə, yenə müzakirələrə ev sahibliyi etməyə hazırıq", - Çavuşoğlu bildirib.