Rüstəm İbrahimbəyovun birinci həyat yoldaşı: "Gözəl və ağıllı insan idi"
    • 16-03-2022, 12:07
    • 1 998

Rüstəm İbrahimbəyovun birinci həyat yoldaşı: "Gözəl və ağıllı insan idi"

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi keçirilir. 

Mərhumun birinci həyat yoldaşı Şöhrət İbrahimbəyova News24.az-a açıqlamasında kədərini dilə gətirib: 

"Rüstəm İbrahimbəyov gözəl və ağıllı insan idi. Onun son istəyi və arzusu haqqında məlumatlı deyiləm. Çünki üç ay xəstəxanada qalıb. Onu nə görmüşəm, nə də danışa bilmişəm".