-
- 18-03-2022, 10:35
- 1 116
Azərbaycanda vəzifəli şəxsin oğlundan ŞOK HƏRƏKƏT – 10 litr benzin töküb evi yandırdı
Ötən ilin 22 mart tarixində Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-park” yaşayış massivində inşa edilən 12 nömrəli binanın 4-cü mərtəbəsində baş vermiş güclü yanğının qəsdən törədilməsi üzə çıxıb.
News24.az-ın məlumatına görə, Abşeron rayon Məhkəməsində faktla bağlı Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılmış işə baxılıb. Hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə həmin evdə yaşayan 1992-ci il təvəllüdlü Rəvan Bəşirov təqsirləndirilib.
Məlum olub ki, mənzili Rəvana Qobustan rayon İcra Hakimiyyətində yaşayan atası hədiyyə edib və ev, onun atasına məxsusdur. Belə ki, RİH-də çalışan şəxs oğlunun övladı olduqdan və Rəvan öz övladına atasının adını verdikdən sonra ona ev bağışlayıb.
Lakin buna baxmayaraq Rəvanın atası və ailəsi ilə münasibətləri yaxşı olmayıb. Ali təhsilli olsa da, taksi sürücüsü kimi işləyən, vaxtaşırı spirtli içki qəbul edən, evdə həyat yoldaşı ilə dalaşan R.Bəşirov hadisədən bir neçə gün əvvəl həyat yoldaşını və övladını Qobustana yola salıb. Bundan bir neçə gün sonra isə o yüngül dərəcəli sərxoşluq halında yanacaqdoldurma məntəqəsinə gedərək 10 litr benzin alıb. Daha sonra evə gələn Rəvan intihar məqsədilə benzini evə tökərək mənzilə od vurub. Bir neçə dəqiqə yanan evdə gözləyən Rəvan daha sonra həyətə düşüb və ev alonmaqda davam edib.
Qonşular 4-cü mərtəbədəki mənzilin alovlandığını görərək xilasedicilərə xəbər veriblər.
Hadisə nəticəsində mənzildə olan mebellər, elektrik avadanlqıları, mətbəx əşyaları və sair kül olub və 38 327 manatlıq ziyan dəyib.
Məhkəmədə Rəvan Bəşirov törətdiyi əməldən peşman olduğunu bildirib. Mənzilin sahibi olan onun atası da oğlunu bağışladığını bildirib.
Qeyd edək ki, baş vermiş hadisədən bir müddət sonra Rəvan törətdiyi əmələ görə həbs edilib.
Məhkəmə prosesinin yekununda məhkəmə Rəvanın 2 il sınaq müddəti təyin edilməklə 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və məhkəmə zalından azadlığa buraxılmasına hökm edib.