Bakı sakininə zor tətbiq edildi, qızılları alındı
    • 19-03-2022, 10:46
    • 1 873

Bakı sakininə zor tətbiq edildi, qızılları alındı

Bakı sakinində zor tətbiq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə martın 18-də Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini M.Orucova zor tətbiq edərək ondan qızıl-zinət əşyaları alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb.

Suraxanı RPİ-də araşdırma aparılır.