Yaponiya səfiri: “Novruz özü ilə yeni ümidlər, arzular gətirir”
    • 21-03-2022, 10:08
    • 995

Yaponiya səfiri: “Novruz özü ilə yeni ümidlər, arzular gətirir”

Yaponiyanın səfiri Vada Cüniçi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, səfirin təbrikində deyilir:

“Novruz, “yeni gün” özü ilə yeni ümidlər, yeni arzular gətirir. Bu gün, yəni martın 21-i Yaponiyada da yazın gəlişi ilə gecə və gündüzün bərabərliyi kimi qeyd olunur. Biz yaponlar da yazı çox sevir, gözəl sakura çiçəklərinin mənzərəsini, yeni həyatın başlanğıcını böyük sevinc hissi ilə qarşılayırıq”.

Diplomat hər kəsin evinə ruzi-bərəkət, hər iki ölkə üçün yeni uğurlu başlanğıclar, sülh və əmin-amanlıq arzu edib.