Bu gün Azərbaycanda 10 min ağac əkildi
    • 21-03-2022, 13:12
    • 1 668

Bu gün Azərbaycanda 10 min ağac əkildi

BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev News24.az-a bildirib ki, Azərbaycanda bu gün planetar əhəmiyyətə malik meşə ərazilərinin genişləndirilməsi işinə töhfə verməklə qeyd olunub.

“Bu gün ölkənin Aran rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında ümumilikdə 5 hektar ərazidə 10 000 meşəcinsli ağac əkilib”.