Azərbaycanlı müğənni səhnədən getmək istəyir: "Əsl sənətə dəyər verilmir"
    • 6-12-2018, 10:40
    • 1 854

Azərbaycanlı müğənni səhnədən getmək istəyir: "Əsl sənətə dəyər verilmir"

Müğənni Samirə Allahverdi sənətdən getmək istədiyini açıqlayıb.

News24.az xəbər verir ki, ifaçı bunun səbəbini belə açıqlayıb:

“Uşaqlıqdan bəri mənim bir arzum var idi. Oxumaq və səhnədə olmaq. Doğrudan da bu, nə istək nə də hobbi idi. Bu arzuya görə çox göz yaşları axıtdım, çaılşdım, vuruşdum.  Evdə narazıçılıqlar var idi.

Məktəbdə müəllimlərdən icazə alıb, son dərslərdən gedirdim. Həmin vaxtolar dərnəklər var idi. Sanki hər yerdə öz istedadımı, səsimi eşitdirmək iddiasında idim.

Hər zaman inanırdım ki, böyük səhnələrdə ifa edəcəyəm. Heç bir şey güdməmək şərti ilə sadəcə oxumaq istəyirdim.

Sadəcə istəyirdim ki, məni dinləsinlər, səsimdən həzz alsınlar. Amma bilməzdim ki, arzum reallaşandan sonra göz yaşlarını axıdacağam, əsəblərim pozulacaq və tükənəcəyəm.

Bu gün sizə tam səmimi etiraf edirəm ki, artıq oxumaq istəmirəm. Səbəbini bilmirəm. Yəqin ki, səhnədə bir çox haqsızlıqlar baş verdiyindən, sənətin tamamilə ucuzlaşmasındandır.

Bizim dövrümüzdə başımızın üstündə müəllimlər dururdu. Biz sənət ilə məşğul idik. Amma hazırda əsl sənətə dəyər verilmir. Deyəsən elə dünya bundan ibarətdir.

Oxumağı çox sevirəm. Bu sənətə sevgi ilə gəlmişəm. Amma çox heyif ki, oxumaq istəmirəm. Hüzur və ətrafımda gözəl insanları görmək istəyriəm”.

Teymur MƏMMƏDOV