Bakıda avtomobil təmiri sexi yandı
    • 25-03-2022, 09:58
    • 1 827

Bakıda avtomobil təmiri sexi yandı

Bakıda avtomobil təmiri sexində yanğın olub.

News24.az
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda ümumi sahəsi 600 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən sahəsi 44 m² olan kimyəvi təmizləmə sexinin lambirindən ibarət tavanı və içərisindəki əşyalar yanıb.

Bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.