Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir
    • 29-03-2022, 17:07
    • 2 060

Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar daxili su hövzələrində - çaylarda, göllərdə, su anbarlarında  1 aprel 2022-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir. Moratorium sentyabrın 1-dək davam edəcək.

News24.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Xidmət rəisi qeyd edib ki, qadağa müddəti meliorativ kollektorlara şamil edilmir. 

F.Əliyev moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb. 

“İdman və həvəskar balıq ovu ilə məşğul olanlar isə qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər”.