-
- 31-03-2022, 15:10
- 1 288
Tikinti materialları bahalaşdı - Evlərin qiyməti qalxacaq
Son vaxtlar tikinti sektorunda bahalaşma müşahidə olunur. Artıq yeni tikilən binaların, təmir işlərinin orta statistik qiyməti əvvəlki illə müqayisədə böyük fərqlə artıb. Bunun isə bir çox səbəbləri var.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, əsas səbəb Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukraynadan Azərbaycana tikinti materiallarının gəlməməsidir.
Ekspertin News24.az-a açıqlamasına görə, tikinti materilları bazarına Ukraynadan əsasən artmatur, metal konstruksiya, aluminum və digər məmulatlar gətirilirdi: “Lakin müharibə səbəbindən bu idxal dayandırılıb. Rusiyadan isə dəmir armatur, metal konstruksiya və taxta məhsulları gəlir. Amma sanksiyalar tətbiq olunduğundan Rusiyada rubulun dəyəri düşdü. Nəticədə bir tərəfdən həmin istehsal müəssisələrində qiymət artımı başladı, digər tərəfdən isə müəssisələr istehsalı dayandırıb. Eyni zamanda, daşınma xərcləri, pul köçürmələr, bank hesablarında ciddi problemlər yaranıb. Zamanla bu artımlar davam edəcək. Bu da mənzillərin qiymətinin bahalaşmasına təsir göstərəcək."
Ekspertin sözlərinə görə, il yarım bundan əvvəl taxtanın 1 kubu 230,240 manat idisə, hazırda 500 manatadır: "Materialların istehsalında təxminən 400, 500 manat qiymət artımı var. Bu isə iki dəfə qiymət artımı deməkdir. Mismar, şrup, hətta yerli istehsalımız olan sement və qumun qiymətində ciddi artımlar var. Bəzi tikinti materialları var ki, onların ərinməsində qazdan və elektirik enerjisindən istifadə olunur. Lakin ölkədə kommunal xərclər artığından bu materilların da qiyməti bahalaşıb."
Şahnun Qasımova