Bakıda həkimlərin otağından oğurluq edildi
    • 2-04-2022, 12:11
    • 574

Bakıda həkimlərin otağından oğurluq edildi

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də və 14-də rayon ərazisindəki dispanserlərin birində həkimlərin otaqlarından noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Nəsirli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.