Xaricdə təhsil proqramında təqaüd məbləği müəyyən ediləcək
    • 6-04-2022, 10:58
    • 503

Xaricdə təhsil proqramında təqaüd məbləği müəyyən ediləcək

“Mövcud pandemiya ilə əlaqədar bəzi ölkələr öz sərhədlərini hələ də bağlı saxlayır. Məsələn, Çin. Nəticə etibarilə orada ali təhsil müəssiələrində tədris hələ də onlayndır. Ona görə düşünürük ki proqramın icrasında belə fərqli hallar olacaq”.

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib. Onun sözlərinə görə, bu cür hallara individual baxılacaq:

“Proqram çərcivəsində tələbələrin hansı xərclərinin ödəniləcəyinə gəldikdə isə beynəlxalq nəqliyyat, sığorta xərci, təhsil haqqı, aylıq təqaüd və s. ödəniləcək. Bu xüsusi bir normativdir. Hər bir şəhər üzrə xüsusi normativ formalaşır. Hər bir şəhər üzrə müvafiq təqaüd məbləği müəyyən ediləcək və ictimaiyyətə açıqlanacaq” – o deyib.