Britaniya səfirliyinin işçisi Rusiyaya casusluq edib
    • 8-04-2022, 01:13
    • 235

Britaniya səfirliyinin işçisi Rusiyaya casusluq edib

Böyük Britaniyanın Berlindəki səfirliyinin mühafizəçisi Rusiyaya casusluq etməkdə ittiham olunub.

Bu barədə BBC məlumat yayıb.

57 yaşlı David Ballantin Smitin məhkəmə qarşısına çıxacağı gözlənilir.

Mühafizəçi 2020-ci ilin oktyabrından 2021-ci ilin avqustuna qədər törətdiyi iddia edilən cinayətlərlə əlaqədar avqustun 10-da Almaniya polisi tərəfindən həbs edilib.

 London polisi Ballantnin faydalı məlumatların toplanması və Rusiya dövlətinə ötürülməsi ilə bağlı 9 fərqli işdə ittiham olunduğunu açıqlayıb. /Modern.az/