Bakıda qadını talayan şəxs saxlanıldı
    • 9-04-2022, 10:46
    • 274

Bakıda qadını talayan şəxs saxlanıldı

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə aprelin 8-də Bakıxanov qəsəbəsində bir nəfərin Bakı şəhər sakini N.Abbasovaya zor tətbiq edərək içərisində pulu, mobil telefonu və sənədləri olan pulqabısını talaması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini E.Aslanov müəyyən edilərək saxlanılıb.

Sabunçu RPİ-də araşdırma aparılır.