II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək
    • 11-04-2022, 14:21
    • 227

II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

Bakı Dövlət Universiteti, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutu və Beynəlxalq Astronomiya İttifaqının (İAU) Astronomiya Təhsili İdarəsinin təşkilatçılığı ilə bu il aprelin 17-də ümumtəhsil müəssisələrinin  IX-XI sinif şagirdləri arasında “Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək.

BDU-danNews24.az-a verilən məlumata görə, Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağı artırmaq, bacarıqlı və istedadlı şagirdləri seçmək, fərqlənən şagirdləri mükafatlandırmaq, qalibləri Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlamaqdan ibarətdir.

Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Olimpiadada iştirak etmək istəyənlər 2022-ci il 17 aprel (saat 10:00-dək) tarixinədək  aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://www.oxuyan.az/exams/VHJY4R