15 yaşlı pilotun nasist salamı qalmaqala səbəb oldu - VİDEO
    • 11-04-2022, 21:09
    • 267

15 yaşlı pilotun nasist salamı qalmaqala səbəb oldu - VİDEO

Beynəlxalq Avtomobil Federasiyası (FIA) kartinq üzrə Avropa çempionatında İtaliya bayrağı altında çıxış edən rusiyalı pilot Artyom Severyuxinin mükafatlandırma mərasimində nasist salamı verməsi ilə bağlı araşdırmalara başlayıb.

News24.az xəbər verir ki, Portuqaliyada keçirilən kartinq üzrə Avropa çempionatının birinci mərhələsinin yarışında qalib gələn yeniyetmə
mükafatların təqdim edilməsi mərasimi zamanı nasist salamı verib. Onun bu hərəkəti ciddi narazılığa səbəb olub. Bəzi yarışçı və ekspertlər Artyoma ömürlük qadağa qoyulmasını tələb edirlər.