Azərbaycanda oğul atasını atı döydüyünə görə öldürdü – TƏFƏRRÜAT
    • 12-04-2022, 16:53
    • 480

Azərbaycanda oğul atasını atı döydüyünə görə öldürdü – TƏFƏRRÜAT

Keçən ilin iyun ayında Quba rayonunun Sofikənd kəndində atasını qətlə yetirən 1996-cı il təvəllüdlü Ramazanov Rəvan Sadıq oğlu məhkəmə qarşısına çıxarılıb. 

News24.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc oğlanın atası, 1970-ci il təvəllüdlü Sadıq Ramazanovu atı döydüyünə görə yaranmış mübahisə zəminində öldürməsi məlum olub.

Belə ki, 9 iyun 2021-ci il tarixdə saat 20 radələrində Rəvan işlədiyi bağ sahəsində atla evə qayıdıb. Yolda atı ona yerə yıxdığı  üçün o həyətə daxil olduqdan sonra ata bir neçə dəfə vurub. Bundan sonra Rəvanın atası Sadıq yaxınlaşaraq “ata ellə vurmurlar, istəyirsən bu atı sənə görə öldürüm”, deyərək heyvana zərbələr endirməyə başlayıb. Atasının ata ağacla işgəncə verdiyini görən Rəvan etiraz edib və mübahisə yaranıb. Mübahisə daha sonra evin həyətindəki anbarda davam edib. Atasının onu söyməsinən və anasına sillə vurmasından, həmçinin onu naqillə öldürəcəyini deyərək hədələməsindən sonra Rəvan münaqişədən yayınmaq üçün yaşadığı evin həyətinə çıxıb. Bu zaman Sadıq onun üzərinə gələrək həyət odun doğramaq üçün istifadə edilən baltanı götürərək atıb. Atasının hərəkətərindən hidətlənən 26 yaşlı Rəvan daha sonra baltanı götürərək ona hücum edib. 

O, balta ilə atasının başına və sinəsinə zərbələr endirib. Beyindaxili qanaxma keçirən, qabırğaları sınan və digər ağır xəsarətlər alan Sadıq Ramazanov hadisə yerində ölüb.

Qeyd edək ki, şahidlər S.Ramazanovun spirtli içki aludəçisi olduğunu, ailəsi ilə münasibətlərinin yaxşı olmadığını deyiblər.

Məhkəmə Rəvan Ramazanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.