Nazirlər kabinetindən YENİ QƏRAR: "Rusiya və Türkiyə vətəndaşları Azərbaycana PCR testsiz daxil olacaq"
    • 14-04-2022, 13:24
    • 330

Nazirlər kabinetindən YENİ QƏRAR: "Rusiya və Türkiyə vətəndaşları Azərbaycana PCR testsiz daxil olacaq"

Rusiya və Türkiyə vətəndaşlarının Azərbaycana daxil olması ilə bağlı COVID-19-a dair PCR testi tələbi ləğv olunub.

News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Dəyişikliklə Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə - COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) əsasında (yaşı 18-dək olan şəxslər istisna olmaqla) hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək.

Qərarın əvvəlki varinatı isə belə idi: "Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə, yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir".