Raymon Domenek:
    • 19-02-2022, 13:39
    • 459

Raymon Domenek: "Qarabağ" "Marsel"i meydanda "süpürdü"

"Qarabağ" kimi komandaya qarşı fərqli mübarizə gözləyirdik, rəqib bizi meydanda "süpürdü".

News24.az xəbər verir ki, Fransa millisinin sabiq baş məşqçisi Raymon Domenek "Marsel"in evdə "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə "LEquipe" nəşrinə açıqlamasında deyib.

70 yaşlı mütəxəssis "Marsel"in oyuna nəzarət edə bilmədiyini söyləyib: "Qarabağ"ı çətinliyə salmadıq. Bəzən insanı narahat edən qələbələr olur. Bəzi oyunçular gözlənilən kimi çıxış etmədi. İkinci qolumuzda Arkadiuş Milik oyundan kənar vəziyyətdə deyil. Rəqibin də iki hücumunda ofsayd yox idi".

Qeyd edək ki, Raymon Domenek 2004 - 2010-cu illərdə Fransa yığmasına rəhbərlik edib. "Qarabağ" və "Marsel" komandaları arasındakı cavab görüşü fevralın 24-də Bakıda olacaq. /Report.az/