-
- 20-04-2022, 18:27
- 511
Bakıda 31 yaşlı kişi anasını və xalasını doğradı
Bakıda anasını və xalasını bıçaqlayan 31 yaşlı Fərid Mirzəyevin məhkəməsi keçirilib.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində F.Mirzəyev Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır xəsarət vurma) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.
Araşdırmalar zamanı məlum olub ki, Fərid ötən ilin senrtyabr ayında Sabunçu rayon Maştağa qəsəbəsi, Ləhic bağları massivinin Nizami küçəsindəki evdə xalası ilə dalaşıb. Belə ki, onkoloji xəstə olan Zöhrə Ağdamın Xındırıstan kəndindən müalicə olunmaq üçün Bakıya gəlib.
Onların evində olarkən Fəridin işləməməsini, anasından pul istəməsini irad tutması səbəbindən xala ilə bacısı oğlu arasında dava düşüb. Bu zaman Fəri xalasını döyməyə başlayıb. Qonşu otaqda olan Fəridin anası dərhal müdaxilə edərək oğlunu kənarlaşdırmağa çalışıb. Bu zaman Fərid əlindəki bıçaqla anasına zərbələr endirib. Qadın aldığı xəsarətlərdn yıxılaraq huşunu itirib. O, gözünü açdıqda xəstəxanada olduğunu görüb.
Hadisədən sonra Fərid Mirzəyev Ağdama qaçsa da, sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə dələduzluq və rüşvət vermə kimi cinayət əməllərində təqsirli bilinən keçmiş hərbçi Rəşid M. həbs edilib.
News24.az-ın məlumatına görə, ali hərbi təhsilli olan keçmiş hərbçi, 1977-ci il təvəllüdlü Rəşid M. barəsində Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik) maddələri ilə iş açılıb.
Məlum olub ki, Milli Orduda xidmət edən baş leytenant Sahib S. Elvin adlı digər hərbçi vasitəsilə Rəşidlə tanış olub. Belə ki, ordu sıralarından xəstəliklə təxris olunub pensiya almaq istəyən Sahibə işini həll edəcəyini deyən Rəşid ondan 7 min manat alıb. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında tanışlarının olduğunu və bu işi rahatlıqla yoluna qoyacağını deyən şəxs pulları alaraq öz şəxsi ehtiyaclarına xərcləyib. Sonradan Hospitalda komissiyadan keçən Sahib S-in Ordu sıraları üçün yararlı olması barədə qərar çıxarılıb. Bunu görən Sahib aldadıldığını başa düşüb və Rəşiddən verdiyi pulları tələb edib. Rəşid aldığı vəsaitin 2500 manatını qaytarsa da 6500 manatı verməyib. Bundan sonra Sahib S. Prokurorluğa bu barədə məlumat verib.
Binəqədi rayon Məhkəməsində keçirilən məhkəmə prosesinin yekununda Rəşid M-ə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, araşdırmalar zamanı o da məlum olub ki, Sahib S. 2010-cu ildə Cinayət Məcəlləsinin 333.3-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə 1 il həbsxana həyatı yaşayıb və həmin vaxt ordu sıralarından kənarlaşdırılıb.