-
- 21-04-2022, 10:13
- 351
Azərbaycanda qonşular toyuğa görə dalaşdı – Cinayət işi açıldı
Bir müddət əvvəl Abşeron rayonu Məhəmmədi qəsəbəsi M.Zeynalov küçəsində qonşuların dalaşması hadisəsinə görə Cinayət işi açılıb.
News24.az -ın məlumatına görə, Arif Əliyev adlı şəxs qnşusu Xıdır Abdullayev və onun arvadının hücumuna məruz qalaraq döyüldüyünü bildirib.
Araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl Xıdırın həyətində hin tikərək toyuq-cücə saxlamasına görə onlar arasında münahisə yaranıb.
Daha sonra toyuqların Arifin qapısının qarşısını batırmasına görə növbəti dəfə qonşular arasında narazılıq baş verib. Bundan sonra Xıdır hasarının ətrafına daş düzərək Arifin maşınla küçədən rahat dönmə manevri etməsinə maneə yaradıb. Arif də hər dəfə həmin daları götürərək kənara atıb. Hadisənin baş verdiyi gün isə Xıdır hasarın öz evinə tərəf düşən hissəsinə daha iri daşlar düzərək Arifin maşınla oradan keçməsinə maneə yaradıb.
Bunu görən Arif yenidən daşları kənara atıb. Bu zaman həyətdən çıxan Xıdır küçəyə çıxaraq onunla mübahisə edib. Dava-dalaş zamanı Arif daha çox xəsarət alıb və polisə müraciət edib. O, həmçinin bildirib ki, Xıdırın arvadı da ona hücum edib və taxta ilə başına vurmağa çalışıb.
Abşeron rayon Məhkəməsi 1972-ci il təvəllüdlü Xıdır Abdullayevin 6 ay müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilməsinə və ona elektron qolbaq taxılmasına hökm edib.