Çavuşoğlu Türkiyəyə gedən rus oliqarxlardan danışdı
    • 23-04-2022, 21:37
    • 364

Çavuşoğlu Türkiyəyə gedən rus oliqarxlardan danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rus oliqarxların Türkiyəyə üz tutmasından danışıb.

Çavuşoğlu “çirkli pullar” olmadığı müddətdə hər hansı şirkətin Türkiyədə fəaliyyətinə qarşı olmadıqlarını bildirib: 

“Biz sanksiyalarda iştirak etməyən bir ölkəyik. Əgər hər hansı bir şirkət Türkiyədə iş görmək istəyirsə, qanunlarımıza uyğun hərəkət etməlidir.

Beynəlxalq hüquqa uyğun hərəkət etməlidir. Biz qeyri-qanuni fəaliyyətə icazə vermirik. “Çirkli pullar” olmamalıdır”.
/Qafqazinfo.az/