Polislər rüşvət almayacaqlarına dair Qurana əl basdılar - FOTO
    • 9-12-2018, 19:08
    • 1 313

Polislər rüşvət almayacaqlarına dair Qurana əl basdılar - FOTO

Özbəkistanın Daşkənd vilayətinin Yukoriçirçik rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları ictimaiyyət qarşısında rüşvət almayacaqlarına dair Qurana and içiblər.

Bu barədə "Radio Ozodlik" məlumat verib:

Beləliklə, Özbəkistanda prezident Şavkat Mirziyoyevun təsdiq etdiyi "Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramı" yerinə yetirilir. Rayonun yerli milisinin sözlərinə görə, tədbirdə rayonun baş imamı da iştirak edib.

Ruhani və növbətçi hissənin inspektoru andiçmə mərasimini şərh etməkdən imtina edib.

//Azxeber.com