Astarada evdən qumbara tapıldı
    • 25-04-2022, 14:19
    • 287

Astarada evdən qumbara tapıldı

Astara rayonunun Şiyəkəran kənd sakini S.Rzayevin evindən silah-sursat və heroin aşkar edilərək götürülüb.

Bu barədə News24.az-a DİN-dən məlumat verilib.
Məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş S.Rzayevin evinə baxış zamanı oradan 1 ədəd qumbara, 1 ədəd süngü bıçaq və 54 qram heroin aşkar edilərək götürülüb.