Sibel Canın Bakı konsertinin biletləri tükənir - VİDEO
    • 14-02-2019, 12:59
    • 1 028

Sibel Canın Bakı konsertinin biletləri tükənir - VİDEO

Türk müğənnisi Sibel Canın Bakı konsertinə sayılı günlər qalır.

News24.Az bildirir ki, "Liatris Holding"in təşəbbüsü, "Liatris Production"ın təşkilatçılığı ilə ərsəyə gələcək konsert martın 8-i Beynəlxalq Qadınlar günü baş tutacaq.

Uzun müddətdən sonra konsertdən 1 gün əvvəl böyük oğlu Engincan Uralla birgə Bakıya təşrif edəcək Sibel Can iş xanımı Ruhi Əliyevanın qonağı olacaq. Eləcə də paytaxtın gəzməli, görməli yerlərinə səfər edəcək. 

"Liatris production"dan verilən məlumata görə konsertin biletlərinin satışı yüksək səviyyədə davam edir və biletlər tükənmək üzrədir. Prodakşndan konsertə getmək istəyənlərə bilet əldə etmək üçün tələsmələrini məsləhət görüblər.

Qeyd edək ki, Sibel Canın 8 martda Bakı Konqress Mərkəzində baş tutacaq konsertinin biletləri 20-300 AZN dəyərindədir.

Biletləri Bakının bütün kassalarından, eləcə də itiket.az-dan əldə edə bilərsiz.

News24.Az