Şuşa şəhidinin anasına Xarı bülbül hədiyyə edildi - VİDEO
    • 27-04-2022, 12:44
    • 494

Şuşa şəhidinin anasına Xarı bülbül hədiyyə edildi - VİDEO

Xəzər Televiziyasının Lalə Azərtaşın aparıcısı olduğu “Təsir dairəsində” verlişində təsirli anlar yaşanıb.

News24.az xəbər verir ki, aparıcıya Şuşadan Xarı bülbül gülü göndərilib. Xarı bülbül gülünü studiyada tamaşaçılar alqışlar  və göz yaşları ilə qarşılayıb. Aparıcı bu xoşbəxtliyi yaşatdığı üçün şəhidlərimizin ruhuna sonsuz ehtiramını, Prezident, Ali Baş Komandan İlham Əliyevə və əsgərlərimizə təşəkkürünü bildirib.

“Bu torpaqlar indi mənim üçün daha dəyərlidir, çünki o müqəddəs yerlərə mənim şəhid qardaşlarımın qanı qarışıb. Artıq Xarı bülbül də əsarətdən azaddır. Mənim üçün bundan böyük hədiyyə ola bilməz” - deyə o qeyd edib.

Daha sonra Lalə Azərtaş Xarı bülbül gülünü Şuşada şəhid olan qəhrəmanlarımızdan birinin anasına hədiyyə edib.