Ağciyər Xəstəlikləri İnstitutunun direktoru işdən çıxarıldı
    • 27-04-2022, 13:24
    • 427

Ağciyər Xəstəlikləri İnstitutunun direktoru işdən çıxarıldı

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

TƏBİB-dən faktı təsdiqləyiblər. Qeyd edilib ki, Xəstəxanaya hələ ki, yeni direktor təyin edilməyib. /APA/