Ağciyər İnstitutunun direktoruna ciddi xəbərdarlıq edildi - SƏBƏB -VİDEO
    • 13-05-2020, 11:37
    • 889

Ağciyər İnstitutunun direktoruna ciddi xəbərdarlıq edildi - SƏBƏB -VİDEO

“Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda karantin rejimi qaydalarını pozaraq, keçirilən tədbirlə əlaqədar aparılan araşdırma yekunlaşıb”.

Bu barədə News24.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib. O bildirib ki, məsələ ilə bağlı institutun direktoruna xəbərdarlıq edilib:“Həkimlər arasında kütləvi tədbirin keçirilməsi barədə məlumat əsasında araşdırma aparıldı. Nəticədə institutun direktoru Həqiqət Qədirovadan izahat alınıb. Ona ciddi xəbərdarlıq edilib. Bir daha belə nöqsanlara yol verilməməsi tapşırılıb”.