“Burada sağlam adam KORONA da tutar, VƏRƏM də...” - Ağciyər Xəstəlikləri İnstitutundan ŞİKAYƏT - VİDEO
    • 20-12-2021, 15:51
    • 907

“Burada sağlam adam KORONA da tutar, VƏRƏM də...” - Ağciyər Xəstəlikləri İnstitutundan ŞİKAYƏT - VİDEO

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı saytımıza şikayət daxil olub. Vətəndaşlar bildirir ki, institutun həyətində olan rentgen maşının önündə saatlarla uzanan növbələr yaranıb.

News24.az-a daxil olan məlumata görə, buna səbəb xəstəxananın həyətində iki rentgen maşının olmasına baxmayaraq, birinin istifadəyə verilməsidir. 

Vətəndaşlar tərəfindən lentə alınan görüntülərdə sıxlığı müşahidə etmək mümkündür. 

Bəs, koronavirusun tüğyan etdiyi bu ərəfədə özündə yoluxucu xəstəlikləri ehtiva edən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu niyə sıxlığın yaranmasının qarşısını almır?

Məsələ ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi Nailə Mahmudova ilə əlaqə saxladıq.

O, saytımıza açıqlamasında bildirib ki, sözügedən maşının təmirə ehtiyacı var: “Təmir bitdikdən sonra həmin rentgen maşını da istifadəyə veriləcək”.