-
- 27-04-2022, 15:11
- 335
"Azərsu” istədiyi yerdə artezian quyusu qazmır" - Anar Cəbrayıllı
“Azərsu” ASC istədiyi yerdə artezian quyusu qazmır. Əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılıq əldə olunur. Çünki su ehtiyatları ilə bağlı bütün baza məlumatları ETSN-dədir".
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin şöbə rəisi Anar Cəbrayıllı deyib.
Şöbə rəisi qeyd edib ki, hər yerə artezian quyusu qazmaq olmaz: "Elə yerlər var ki, çökəklik və ya dərə ərazisi olsa da, qazıldığı təqdirdə su çıxmaz. Çıxsa belə su keyfiyyətsiz olar. Azərbaycanda su mənbələri müxtəlifdir. Göllərdən, çaylardan, bulaqlardan və ən nəhayət artezian quyularından istifadə edirik. Bu məsələ ilə bağlı həm geologiya, həm də mühəndis işləri aparılır. Su mənbələri seçilərkən iki istiqamət prioritet seçilir: məhsuldarlığı və keyfiyyəti. Bu gün Bakı şəhərinin bütün su mənbələri kənardadır. Daha etibarlı mənbə olması önəmli məsələdir".