-
- 27-04-2022, 15:30
- 371
"Ucqar kəndlərdə əhaliyə suyun verilməsini təmin edəcəyik"
"Kürün aşağı axınında içməli su ilə bağlı problemlər yaşanır. Salyanın və Neftçalanın əksər kəndlərində bu problem hökm sürür. Bu məsələ ilə bağlı ayın əvvəlində Neftçala İcra Hakimiyyətində təqdimat keçirdik. Neftçala şəhəri və rayonun 14 yaşayış məntəqəsi 2020-2021-ci illərdə reallaşdırdığımız layihələr hesabına Kür su təmizləyici qurğular vasitəsilə su alır. Ancaq hədəfimiz odur ki, qalan 38 yaşayış məntəqəsində su təminatını aparaq".
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin şöbə rəisi Anar Cəbrayıllı deyib.
Şöbə rəisi qeyd edib ki, sözügedən məsələ ilə bağlı layihə təklifi hazırlanıb: "Kəndlərin bir qismini Salyan şəhərinin şəbəkəsindən qidalandırıb, su verəcəyik. Digər qismini mövcud olan şəbəkədən, bir qismi isə lokal həll planları ilə təchiz edəcəyik. Yəni nisbətən ucqar yerlərdə olan kəndlərdə suyun içmə standartlarına çatdırılıb, əhaliyə verilməsini təmin edəcəyik".