-
- 10-12-2018, 14:09
- 1 307
Millətlərarası ən yaraşıqlı kişi seçildi - FOTO - VİDEO
Ötən gün "Mister Supranational 2018" müsabiqəsinin qalibi bəlli olub.
News24.Az xəbər verir ki, Polşanın Krınisa-Zdruy şəhərində keçirilən müsabiqənin 3-cü ilində 40 ölkədən yaraşıqlı oğlanlar iştirak ediblər. İştirakçılar müxtəlif geyimlərdə, eləcə də çimərlik geyimində səhnəyə çıxıblar. Onlar eləcə də incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdiriblər.
Münsiflərin səsverməsi nəticəsində Hindistan təmsilçisi Pratameş Maulinqkar 1-ci yeri qazanıb. Onun mükafatını ötən ilin qalibi Qabriel Korreo (Venesuella) və bu il "Miss Supranational 2018"in qalibi olmuş Valeriya Vaskes (Puerto - Riko) təqdim ediblər.
Digər yerlərdə Polşa, Braziliya, Tailand və Hollandiya təmsilçiləri qərarlaşıblar.
News24.Az