-
- 30-04-2022, 14:50
- 784
Azərbaycanda inanılmaz hadisə: Qaçırılan 17 yaşlı qız özünü avtomobildən atdı – TƏFƏRRÜAT
Ötən ilin 27 aprel tarixində Şəki rayonunun Kiçik Dəhnə kəndində 2004-cü il təvəllüdlü Pərvanə Rəhimlinin (ad və soyad şərtidir) 2 nəfər tərəfindən oğurlanmağa cəhd edilməsi hadisəsinin təfərrüatları məlum olub.
News24.az-ın məlumatına görə, faktla bağlı Goranboy rayon Tapqaraqoyunlu kənd sakini Amil Fətiyev və onun xalası oğlu Cəfər barəsində Cinayət Məcəlləsinin 29.144.3-cü (adam oğurluğuna cəhd - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılmış işin araşdırılması zamanı maraqlı faktlar üzə çıxıb.
Məlum olub ki, 1999-cu il təvəllüdlü Amil 2020-ci ildə instagram sosial şəbəkəsində Şəkinin Kiçik Dəhnə kəndindən olan 2004-cü il təvəllüdlü Pərvanə ilə tanış olub və onlar bir-birlərini sevməyə başlayıblar. Bir müddət sonra Amil valideynlərini Şəkiyə elçiliyə göndərib. Lakin Pərvanənin böyükləri qızı onlara verməyib və onun hələ təhsil alacağını bildiriblər. Bundan sonrakı dövrdə qızın atası onun mobil telefon işlətməsinə qadağa qoyub.
Bir müddət sonra Pərvanə başqa nömrə ilə Amillə əlaqə saxlayaraq başqası ilə nişanlandığını və artıq ondna əl çəkməsini deyib. Amil isə onu sonuncu dəfə görmək istədiyini və görüşərək halallaşmaq istədiyini deyib. Pərvanə Amilin istəyi ilə razılaşıb.
Bundan sonra Amil Bərdədə yaşayan xalası oğlu Cəfərlə əlaqə saxlayıb və onun avtomobili ilə Şəkiyə gedib qızı qaçırmağı planlaşdırıb. Onlar Kiçik Dəhnə kəndinə gəldikdə Amil Pərvanəyə onları heç kimin görməməsi adı ilə aldadaraq qızı maşına minməyə təhrik edib. Amilə inanan Pərvanə Cəfərin maşınına oturub. Bu zaman sürücü qapıları kilidləy ib və avtomobili hərəkətə gətirərək kənddən çıxışa sürüb. Amil isə Pərvanənin ağızından tutaraq onun müqavimətini qırmağa çalışıb.
Pərvanə isə aktiv müqavimət göstərərək telefonu Amilin başına çırpıb. Daha sonra isə qız qapının düyməsini sıxaraq hərəkətdə olan maşının qapısını açaraq özünü yerə atıb. O, müxtəlif dərəcəli xəsarətlər alıb. Dərhal Amil maşındna düşərək Pərvanəni yenidən avtomobilə mindirməyə çalışıb. Lakin qız qışqırdığı və köməyə adam çağırdırı üçün, eləcə də yaxınlıqda şahilərin olduğunu görən Amil qorxaraq maşına qayıdıb və onlar kənddən gediblər.
Müxtəlif dərəcəli xəsarətlər alan Pərvanə daha sonra kənddəki tibb məntəqəsinə çatdırılıb və ona tibbi yardım göstərilib.
Məhkəmədə Amil və xalası oğlu törətdikləri əməli etiraf ediblər və artıq Pərvanə ilə barışdıqlarını deyiblər.
Pərvanə də Amillə artıq rəsmi nikaha girərək onunla ailə qurduğunu, məhkəmənin də onları bağışlamasını xahiş edib.
Məhkəmə Amili və Cəfəri yuxarıda qeyd edilən maddə ilə təqsirli bilərək hər birini 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Həmçinin məhkəmə hökmün şərti hesab edilməsinə və hər iki şəxsə 3 il sınaq müddəti təyin edilməklə onların məhkəmə zalından azadlığa buraxılmasına hökm edib.
Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəfail Əliyevin sədrliyi ilə keçirilən proses bir neçə gün əvvəl başa çatıb.