Bakıda şok hadisə - Bazarda 4 yaşlı qızı oğurladılar – - TƏFƏRRÜATLAR
    • 22-04-2019, 10:17
    • 1 162

Bakıda şok hadisə - Bazarda 4 yaşlı qızı oğurladılar – - TƏFƏRRÜATLAR

Keçən ilin 2 oktyabr tarixində Bakının Nizami rayonunda yerləşən 8-ci kilometr bazarında 4 yaşlı qızın oğurlanması ilə bağlı aparılan ibtidai istintaq yekunlaşıb. News24.az-ın məlumatına görə, Nizami rayon Polis İdarəsində Elxan Məhərrəmov adlı şəxs barəsində başlanmış Cinayət Məcəlləsinin 144.3-cü (Adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.

Məlumata görə, oktyabrın 2-də polisə müraciət edən Qaraçuxur qəsəbəsi Şərifov küçəsində yaşayan Muxtarov Fuad Muxtar oğlu Naxçıvanski küçəsində yerləşən 8-ci kilometr bazarında 4 yaşlı qızı Maralın itkin düşdüyünü bildirib. O, qızını saat 19 radələrində - havanın qaraldığı vaxt itirdiyini əlavə edib.

24-cü Polis Bölməsinin əməkdaşları uşağın oğurlanaraq Elxan Məhərrəmov adlı şəxs tərəfindən Mərdəkan qəsəbəsinə aparıldığını müəyyənləşdirib. 4 yaşlı qızın hansı məqsədlə və hansı şəraitdə Mərdəkana aparılması, gecəni harada keçirməsi və sair məhkəmə prosesi zamanı məlum olacaq.