Tətil günlərində yol qəzalarında 7 nəfər öldü
    • 4-05-2022, 10:10
    • 268

Tətil günlərində yol qəzalarında 7 nəfər öldü

Tətil günlərində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, aprelin 30-dan mayın 4-dək (30 aprel, 1, 2, 3 may) respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.