Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
    • 4-05-2022, 15:36
    • 243

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub.

News24.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonunun ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Köhnə Alvadı kəndində kənd sakini Rəqib Vəlizadəyə məxsus  ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 11,2 m3 həcmində işlik meşə materialı müəyyən edilib. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, işlik materialın  haradan əldə olunmasının müəyyən edilməsi məqsədilə toplanmış sənədlər Masallı Rayon Polis Şöbəsinə göndərilib.