-
- 5-05-2022, 15:04
- 563
Bakıda baş redaktor xanım məktəb direktorunu belə şantaj etdi
Bakıda həkimi şantaj edən “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun başqa şəxsləri də hədələyərək onlardan pul alması müəyyən edilib.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu ilin aprelində 7 il müddətinə azadlıqdan məhrum edilən portalın baş redaktoru Namik Əmrahovun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən başqa Bakıdakı ktəblərdən birinin direktorunu həmçinin Şamaxıda məktəb direktorunu da hədələyərək pul alması məlum olub.
Belə ki, zərərçəkmiş şəxs kimi məhkəmədə çıxış edən Bakı şəhər “N” saylı məktəbin direktoru, ailəli və 3 uşaq anası olduğunu, 2021-ci ilin iyul ayında isə N.Əmrahovun şantajı ilə üzləşdiyini deyib: “Mənə yazıb bildirdi ki, guya bələdiyyə sədri ilə aramda münasibət var və bizim fotomuzu saytlarda yayacaq. Qadın olduğum üçün, rüsvay olmamağı düşünüb onun göndrdiyi kart hesabına 500 manat göndərdim. Sonra məndən başqa xanım direktorun nömrəsini istədi. Məndən əl çəkməsi üçün onun nömrəsini Namik Əmrahova verdim”.
Bundan başqa Namik Əmrahovun Şamaxıdakı kənd mktəblərinin direktoruna qarşı da hədə-qorxu ilə tələb etmə əməlləri törətməsi məlum olub və həmin təhsil işçisi də zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, Namik Əmrahov pul tələb etdiyi şəxslərə qardaı Namirin adına olan kartı göndərirmiş.
Onun əməllərinin üstü isə Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovanın polisə müraciətindən sonra açılıb. O bilirib ki, özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edib, tələb etdiyi məbləğin bir qismini alıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi baş redaktoru bu maddələrlə təqsirli bilərək ona 7 il azadlıqdan məhrumetmə cəzası verib.